“Resource Planning” MMC olaraq Sürücü vakansiyası üzrə namizəd axtarırıq.
Vəzifə Öhdəlikləri:
· Daşınma zamanı yarana biləcək riskləri vaxtında rəhbərliyə bildirmək
· Evakuatorun və ya Daymanın texniki vəziyyətinin gündəlik yoxlanılması
· Daşıma zamanı yükün hərəkətini daimi nəzarətdə saxlayan sürüş tərzi
· Daşınacaq hər hansı bir texnikanın təhlükəsiz yüklənməsi və boşaldılması
· Sürət həddinə fikir vermək.
Namizədə tələblər:
· Orta təhsil
· Sürücülük üzrə 5-6 il iş təcrübəsi
· BC,E və ya ağır tonnaj üçün uyğun kateqoriya sürücülük vəsiqəsi
· Ağır texnikaların çəkisi, ölçüsü ,ağırlıq mərkəzi barədə anlayış
· Mindirmə, bağlama(kəmər,zəncir), sabitləmə qaydalarını bilmək
· Marşurut seçimi üzrə bilik(körpü yük məhdudiyyətləri, dar yollar, eniş-yoxuş təhlükələri və s.)
· Avtomobil və qoşquya ilkin texniki baxış edə bilmək
· Uzun məsafələrdə və müxtəlif hava şəraitində işləməyə hazırlıq
· Yükün təhlükəsizlik məsuliyyətini tam şəkildə daşımaq bacarığı
· Ezamiyyətə getmək və sahə şəraitində işləmə imkanı.
Əmək şəraiti:
· İş yeri: Hökməli
· İş qrafiki: 6 günlük
· Əmək haqqı: 1000
Müraciət üçün:
Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində vakansiya adını qeyd edərək [email protected] mail ünvanına göndərmələri xahiş olunur.