VAKANSİYA: Loyallıq üzrə mütəxəssis

 

Tələblər:

• Təhsil: Texniki sahə üzrə ali təhsil;

• Yaş: 25-35;

• Bu sahədə minimum 1 il iş təcrübəsi;

• Kompüter biliyi: MS Office proqramlarında (Excel), Power BI sərbəst işləmək bacarığı;

• Analitik düşünmə bacarığı;

• Kommunikasiya və komanda daxilində işləmə bacarığı.

 

Vəzifə öhdəlikləri:

• Loyallıq proqramı üzrə komanda ilə iş qabiliyyəti;

• Online platformada olan satışların təqibi və təşviqi;

• Endirim kampaniyaları, partnyor və brend kəşbekləri üçün təkliflər hazırlamaq və onların icrasını komanda şəklində aparmaq;

• Sistem üzrə əməliyyatlarda baş verə biləcək texniki xətaların araşdırılması, frod (qəsdən yanlış) əməliyyatların statistikasını və analitikasını, kampaniyaların və gündəlik hərəkətlərin hesabatlılıq üzərindən analiz edilməsi, hesabatlılığın təmin edilməsi;

• Partnyorlar üzrə sistem daxili modul əsasında elektron sorğular tərtib edərək keçirilməsi və nəticələrinin analizi;

• Loyallıq üzrə maliyyə əməliyyatlarına nəzarət hesabatlarının komanda şəklində hazırlanması və izlənilməsi, əməliyyatların yoxlanılması;

• Sistemin inkişafı üçün komanda daxili müzakirələr aparmaq və təkliflər vermək.

 

İş şəraiti:

• İş qrafiki: 08:30-17:30

• Əmək haqqı: 700-900 AZN (Net)

Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Loyallıq üzrə mütəxəssis” qeyd etməklə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.

Əlavə suallar üçün 055-440-74-04 (WhatsApp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.