Tədbir təşkilatçısı vakansiyası
Komandamıza Tədbir təşkilatçısı axtarırıq!
Kreativ düşüncən, dekorasiya bacarığın və estetik zövqün varsa, səni Roof-da gözləyirik!
Əgər məkanı sadəcə bəzəmək yox, onun ab-havasını dəyişməyi bacarırsansa, rəngarənglik və pozitiv enerji yaratmaq sənin üçün zövqdürsə, bu iş sənin üçündür
Nələr təşkil edəcəksən?
Korporativ və tələbəyönümlü tədbirlərin planlaşdırılması və təşkili;
Tədbirlərin brand üslubuna uyğun dizayn konseptinin qurulması;
Lazımi resursların və komandanın koordinasiyası;
Tədbir günü prosesin effektiv idarə olunması.
Gəl birlikdə yaddaqalan tədbirlər yaradaq!
Maraqlanan namizədlər mövzu hissəsində “Tədbir təşkilatçısı” yazmaqla CV-lərini [email protected] email ünvanına göndərə bilərlər.