Vakansiya: Təmizlik bölməsinin müdiri
İş yeri: Xankəndi şəhəri
İş qrafiki: Tam ştat
Vəzifə Öhdəlikləri:
- Klinikanın bütün sahələrində (palatalar, kabinetlər, ümumi istifadə yerləri və s.) təmizlik işlərinin təşkilinə rəhbərlik etmək;
- Təmizlik heyətinin fəaliyyətini planlaşdırmaq, iş bölgüsü aparmaq və gündəlik nəzarəti təmin etmək;
- Dezinfeksiya və gigiyena qaydalarının yerinə yetirilməsinə nəzarət etmək;
- İstifadə olunan təmizlik və dezinfeksiya vasitələrinin düzgün tətbiqini təmin etmək;
- Təmizlik materiallarının və avadanlıqlarının vaxtında təmin olunmasına dair sifarişlər hazırlamaq;
- Klinikanın sanitariya-gigiyenik normalara uyğun fəaliyyətinə nəzarət etmək və hesabat vermək;
- Təmizlik heyətinin iş keyfiyyətinə nəzarət etmək, qiymətləndirmək və peşəkar davranış qaydalarına əməl olunmasını təmin etmək.
Namizədə Tələblər:
- Orta ixtisas təhsili;
- Ən azı 5 il iş təcrübəsi, o cümlədən 3 il rəhbər vəzifədə iş təcrübəsi;
- Üstünlükdür: Beynəlxalq xəstəxana təmizlik qaydaları və JCI standartlarını bilmək
- Sanitariya-gigiyena normaları və dezinfeksiya qaydaları barədə biliklər;
- Komandaya rəhbərlik etmək, iş bölgüsü aparmaq və nəzarəti təmin etmək bacarığı;
- Məsuliyyətli, diqqətli və operativ işləmək qabiliyyəti;
- Azərbaycan dilində sərbəst ünsiyyət bacarığı;
- Xankəndi şəhərində işləməyə hazır olmaq
Müraciət Qaydası:
Maraqlanan şəxslər 22 sentyabr 2025-ci il tarixinədək [email protected] elektron poçt ünvanına “Təmizlik bölmə müdiri” başlığı ilə CV göndərməlidirlər.
Tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.