İyunun 17-sində Türkiyə-Azərbaycan Universitetinin laboratoriyalarında qida mühəndisləri üçün keçiriləcək “Tətbiqi Real-Time PCR (qPCR)” mövzusunda praktiki təlimə qeydiyyat davam edir. 

 

Təlimçi Hacettepe Üniversitesinin tədqiqatçı müəllimi Prof. Dr. Remziyye Yılmazdır.

 

QEYD: Təlim ÖDƏNİŞLİDİR!

 Qeydiyyat üçün son tarix: 16.06.2026

 Qeydiyyat linki: https://tau.edu.az/event/

 

Təlim haqqında:

 

Molekulyar biologiya əsaslı PCR/qPCR texnologiyaları qida təhlükəsizliyi, izlənəbilərlik, saxtalaşdırma və təhrif hallarının aşkarlanması, növ doğrulaması və GMO analizləri baxımından müasir dövrdə həm akademik, həm də sənaye sahələrində mühüm əhəmiyyət kəsb edir. Xüsusilə sürətli, etibarlı və yüksək həssaslıqlıq tələb edən analizlərə olan tələbat qida sənayesi, tədqiqat laboratoriyaları və rəsmi nəzarət mexanizmlərində PCR əsaslı metodların istifadəsini getdikcə artırır.

 

Təlim qida və yem nümunələrində molekulyar analizlərin əsas prinsiplərini və tətbiq mərhələlərini əhatə edən intensiv bir günlük proqramdır. Təlim çərçivəsində DNA izolyasiyası, qPCR təcrübəsinin planlaşdırılması, nəzarət mexanizmlərinin istifadəsi, GMO Skrininqi və Heyvan İdentifikasiyası kitləri ilə tətbiqi analizlərin qurulması, həmçinin əsas məlumatların interpretasiyası təqdim olunacaq.

 

Təlimin proqramına daxildir:

 

 Nəzəri Sessiyalar

DNA İzolyasiyası və Nümunələrin Hazırlanması:

* Qida, yem və heyvan mənşəli nümunələrdə DNA izolyasiyasının prinsipləri

* İnhibitorlar və kontaminasiya riskləri;

* DNA-nın keyfiyyət və miqdar göstəricilərinin qiymətləndirilməsi;

* GMO skrininqi və animal identification analizlərində nümunələrin hazırlanması.

 

PCR/qPCR Əsasları:

* PCR prinsipi;

* Real-Time PCR yanaşması;

* Ct/Cq anlayışı;

* Flüoressensiya əsaslı aşkarlama sistemləri;

* Müsbət, mənfi və daxili nəzarətlərin istifadəsi.

 

 

 TƏTBİQİ LABORATORİYA İŞLƏRİ

* DNA izolyasiyası tətbiqi;

* Master mix hazırlanması;

* Plate/sınaq borusu düzəninin qurulması;

* qPCR cihazının yüklənməsi;

* Amplifikasiya əyrilərinin qiymətləndirilməsi;

* GMO Skrininqi analizləri

* Heyvan İdentifikasiyası analizləri

* Əsas məlumatların interpretasiyası və xəta analizi.

 

 

HƏDƏF QRUP:

* Qida sənayesi nümayəndələri;

* Magistratura və doktorantura tələbələri;

* Dövlət qurumlarında çalışan mütəxəssislər;

* Molekulyar analiz infrastrukturu ilə çalışan tədqiqatçılar.

 

QAZANCLAR:

 DNA izolyasiyasının əsas prinsipləri;

 qPCR təcrübəsinin qurulması;

 Nəzarət strategiyaları;

 GMO və növ təyini analizlərinin prinsipləri;

 Ct/Cq göstəricilərinin qiymətləndirilməsi yanaşması;

 Nəticələrin interpretasiyası və xəta analizi;

 Laboratoriya tətbiqi təcrübəsi.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.