Türkiyə-Azərbaycan Universitetində katib-referent vəzifəsinə vakansiya elan edilir

 

Türkiyə-Azərbaycan Universitetində (TAU) katib-referent vəzifəsinə vakansiya elan edilir. 

 

Tələblər: 

Humanitar, filologiya və ya idarəetmə sahələri üzrə ali təhsil (Türkiyə universitetlərinin məzunlarına üstünlük verilir)

Müvafiq sahə üzrə minimum 1-2 il iş təcrübəsi (Təhsil müəssisələrində təcrübə arzuolunandır);

Azərbaycan və Türk dillərində mükəmməl, İngilis dilində yaxşı (minimum B2) səviyyədə yazı və danışıq bacarığı;

MS Office (Word, Excel, PowerPoint) proqramları ilə yüksək səviyyədə işləmək bacarığı;

Yüksək ünsiyyət, nitq mədəniyyəti, operativlik və konfidensiallıq prinsiplərinə riayət etmə bacarığı.

 

Öhdəliklər: 

Tədris işləri üzrə prorektorun iş qrafikinin (görüşlər, iclaslar, zənglər) planlaşdırılması və idarə edilməsi;

Tədris departamenti ilə digər struktur bölmələri arasında operativ sənəd dövriyyəsinin təşkili;

Daxil olan sənədlərin, məktubların və müraciətlərin qəbulu, qeydiyyatı və aidiyyatı üzrə yönləndirilməsi;

Rəsmi işgüzar məktublaşmaların (Azərbaycan, Türk və İngilis dillərində) aparılması;

İclas protokollarının tərtib edilməsi və qərarların icrasına nəzarət;

Qonaqların qarşılanması və qəbulunun təşkil edilməsi.

 

 Müraciət qaydası:

Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə, öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq. 

 

Müraciət üçün son tarix: 15.09.2026

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.