Türkiyə-Azərbaycan Universitetində miqrasiya məsələləri üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edilir

 

Türkiyə-Azərbaycan Universitetində (TAU) miqrasiya məsələləri üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edilir. 

 

Tələblər: 

Ali təhsil (Hüquq, Beynəlxalq münasibətlər və ya əlaqəli sahələr üstünlükdür);

Miqrasiya məsələləri və DMX ilə iş sahəsində minimum 2 il rəsmi iş təcrübəsi (Təhsil müəssisələrində təcrübə arzuolunandır);

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsini mükəmməl səviyyədə bilmək;

Dil bilikləri: Azərbaycan və türk dili (mükəmməl), İngilis dili (yüksək səviyyədə - B2/C1);

MS Office proqramları və elektron dövlət portalları ilə sərbəst işləmək bacarığı.

 

Öhdəliklər: 

Universitetə dəvət olunan xarici professor-müəllim heyətinin miqrasiya sənədləşmələrinin tam idarə edilməsi;

Dövlət Miqrasiya Xidməti (DMX) ilə bütün rəsmi yazışmaların, müraciətlərin və sənəd dövriyyəsinin qanunvericiliyə uyğun aparılması;

Xarici vətəndaşların Azərbaycan Respublikasında müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşama icazələrinin (MYİ/DYİ), həmçinin iş icazələrinin alınması və vaxtında yenilənməsi prosesinin icrası;

Xarici professor-müəllim heyətinin olduğu yer üzrə qeydiyyata alınması prosesinə dəstək və nəzarət edilməsi;

Miqrasiya qanunvericiliyindəki dəyişikliklərin mütəmadi izlənilməsi və daxili prosedurların buna uyğunlaşdırılması;

Xarici professor-müəllim heyətinə vizalar, sərhədkeçmə və digər miqrasiya məsələləri ilə bağlı konsultasiyaların verilməsi.

 

Müraciət qaydası:

Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə, öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq. 

 

Müraciət üçün son tarix: 15.09.2026

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.