Vakansiya | Uşaq və Yeniyetmələrlə İş üzrə Psixoloq. Mayak Psixologiya
Mayak Klinik Psixologiya Mərkəzi uşaq və yeniyetmələrlə işləyən psixoloq axtarır.
Tələblər
* Psixologiya ixtisası üzrə bakalavr, klinik psixologiya və ya əlaqəli sahə üzrə magistr dərəcəsi;
* Uşaq və yeniyetmələrlə psixoloji konsultasiya və psixoterapiya sahəsində minimum 4 il peşəkar təcrübə;
* Uşaq və yeniyetmələrin psixoloji qiymətləndirilməsi, fərdi terapiya planının hazırlanması və terapiya prosesinin müstəqil şəkildə aparılması bacarığı;
* Valideynlərlə psixoedukasiya, konsultasiya və müntəzəm geribildirim görüşlərinin aparılması təcrübəsi;
* Zərurət olduqda məktəb, müəllim və digər mütəxəssislərlə multidissiplinar əməkdaşlıq bacarığı;
* Elmi əsaslı psixoterapevtik yanaşmalar və peşə etikası prinsiplərinə yüksək səviyyədə bağlılıq.
Üstünlüklər
* Rus və ingilis dili bilikləri;
* Beynəlxalq təlimlər və psixoterapevtik yanaşmalar üzrə ixtisaslaşma;
* Play Therapy və CBT üzrə peşəkar təlim və sertifikatlar;
* Müntəzəm superviziya alan və davamlı peşəkar inkişafı prioritet hesab edən;
* Beynəlxalq standartlara uyğun klinik praktikaya sahib olan.
Təklif edirik
* Elmi əsaslı və etik prinsiplərə söykənən peşəkar iş mühiti;
* Müntəzəm superviziya və peşəkar inkişaf imkanları;
* Multidissiplinar komanda ilə əməkdaşlıq;
* Müasir və rahat iş şəraiti;
* Uzunmüddətli peşəkar inkişaf və karyera perspektivi.
Müraciət
CV-nizi [email protected] ünvanına göndərin.
Subject: “Uşaq və Yeniyetmələrlə İş üzrə Psixoloq Vakansiyası”
Qeyd: Yalnız ilkin seçim mərhələsini uğurla keçən namizədlərlə növbəti mərhələyə dəvət olunacaqlar.


