Mingəçevir Dövlət Universiteti 2026–2027-ci tədris ilindən bakalavriat və magistratura səviyyələrində ingilis dilində tədrisin həyata keçiriləcəyi yeni ixtisas və ixtisaslaşmalar üzrə yüksək ixtisaslı, peşəkar, innovativ düşüncəli və beynəlxalq akademik mühitdə fəaliyyət göstərmək bacarığına malik müəllimlərin işə qəbulunu elan edir.

Vakansiyalar müvafiq istiqamətlər üzrə fənlərin ingilis dilində tədrisini, müasir tədris materiallarının hazırlanmasını, tələbəyönümlü təlim metodlarının tətbiqini, eləcə də universitetin beynəlmiləlləşmə prosesində fəal iştirakı əhatə edir.

Vakansiya elan edilən istiqamətlər

Bakalavriat səviyyəsi üzrə:

  • Kompüter elmləri;
  • Turizm işinin təşkili.

Magistratura səviyyəsi üzrə:

  • Beynəlxalq maliyyə;
  • Turizm işi.

Namizədlərə dair əsas tələblər

  • Müvafiq ixtisas və ya yaxın istiqamət üzrə minimum magistr dərəcəsinin olması;
  • Ali təhsil müəssisəsində tədris, elmi-pedaqoji və ya müvafiq sahə üzrə peşəkar fəaliyyət təcrübəsinin olması;
  • Tədris ediləcək fənn üzrə nəzəri bilik və praktiki bacarıqlara yiyələnmək;
  • Fənləri ingilis dilində sərbəst və akademik səviyyədə tədris etmək bacarığı;
  • İngilis dili üzrə aşağıdakı tələblərdən ən azı birinə uyğunluq:
    • IELTS Academic imtahanı üzrə minimum 6.5 bal;
    • TOEFL iBT imtahanı üzrə minimum 79 bal və ya 21 yanvar 2026-cı ildən tətbiq olunan qiymətləndirmə şkalası üzrə minimum 4.5 bal;
    • İngilis dilində tədris aparılan xarici ali təhsil müəssisəsində minimum magistratura və ya doktorantura təhsili almaq;
    • Təhsil dilinin ingilis dili olduğunu təsdiq edən müvafiq rəsmi sənədə malik olmaq;
  • Müasir tədris metodlarından, rəqəmsal təhsil platformalarından və innovativ tədris texnologiyalarından istifadə bacarığı;
  • İngilis dilində fənn proqramı, sillabus, təqdimat, tədris materialı və qiymətləndirmə vasitələri hazırlamaq bacarığı;
  • Tələbəyönümlü yanaşma, effektiv ünsiyyət, təqdimat və auditoriyanın idarə edilməsi bacarıqları;
  • Akademik etik davranış qaydalarına və universitetin korporativ dəyərlərinə sadiqlik.

Namizədin elmi dərəcə və elmi ada malik olması, xarici ali təhsil müəssisələrində təhsil və ya tədris təcrübəsinin mövcudluğu, beynəlxalq layihələrdə və akademik mobillik proqramlarında iştirakı, həmçinin yüksək indeksli beynəlxalq elmi jurnallarda məqalələrinin dərc edilməsi üstünlük kimi qiymətləndiriləcək.

Magistratura səviyyəsində tədris aparmaq üçün müraciət edən namizədlərin elmi dərəcəyə, elmi-tədqiqat və müvafiq sahə üzrə praktiki fəaliyyət təcrübəsinə malik olmasına üstünlük veriləcək.

Reklam

Tələb olunan sənədlər

  • CV;
  • Kadrlar uçotunun şəxsi vərəqəsi;
  • Tərcümeyi-hal;
  • Ali təhsil, elmi dərəcə və elmi adı təsdiq edən sənədlərin surətləri;
  • Xaricdə təhsil almış namizədlər üçün diplomun tanınmasını təsdiq edən sənəd;
  • İngilis dili biliyini təsdiq edən beynəlxalq sertifikat və ya təhsil dilinin ingilis dili olduğunu göstərən rəsmi sənəd;
  • Dərc olunmuş elmi əsərlərin, kəşf və ixtiraların təsdiq edilmiş siyahısı;
  • Müvafiq istiqamət üzrə ingilis dilində hazırlanmış fənn sillabusu;
  • Mövcud olduğu halda, tədris və peşəkar fəaliyyəti təsdiq edən digər sənədlər.

Müraciət qaydası

Vakansiyalar üzrə müraciət etmək istəyən namizədlər tələb olunan sənədləri elektron formada [email protected] ünvanına göndərə bilərlər.

Elektron məktubun mövzu hissəsində namizədin müraciət etdiyi ixtisas və ya ixtisaslaşmanın adı qeyd edilməlidir.

Son müraciət tarixi: 7 avqust 2026-cı il

Əlavə məlumat almaq üçün 055 243 93 21 nömrəsi ilə iş günləri və iş saatlarında əlaqə saxlamaq mümkündür.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.