Qarabağ Universiteti komandasını genişləndirir!

 

İnnovativ və dinamik iş mühitində peşəkar inkişaf etmək, müasir texnologiyalarla işləmək və universitetin rəqəmsal transformasiyasına töhfə vermək istəyirsinizsə, sizi Web Developer – PHP/Backend vakansiyasına müraciət etməyə dəvət edirik.

 

İş öhdəliklərinin təsviri

• Universitetin mülkiyyətində olan mövcud və yeni qurulacaq veb-platformaların, daxili sistemlərin fasiləsiz və təhlükəsiz fəaliyyətini təmin etmək;

• Cari sistemlərin transferi, adaptasiyası və idarə edilməsi məqsədilə keçiriləcək təlimlərdə iştirak etmək, müvafiq CMS (xüsusilə Drupal) və framework arxitekturalarını mənimsəmək;

• Layihələrin backend və modul/funksionallıq infrastrukturunu daxili ehtiyaclara uyğun olaraq qurmaq və inkişaf etdirmək;

• Verilənlər bazasının (MySQL, PostgreSQL) arxitekturasını layihələndirmək, sorğuları optimallaşdırmaq və məlumatların bütövlüyünü qorumaq;

• Mövcud kod bazalarında yaranan texniki nasazlıqları (bug-ları) təsbit edib aradan qaldırmaq və refaktorinq işlərini aparmaq;

• İnteqrasiya tələb olunan sistemlər üçün RESTful API-lar hazırlamaq və ya mövcud API-larla işləmək;

• Görülən işlər və sistemlərin strukturu barədə texniki sənədləşməni hazırlamaq və İT komandası ilə koordinasiyalı işləmək.

 

Tələblər

• Kompüter elmləri, İT, Proqramlaşdırma və ya müvafiq sahə üzrə ali təhsil;

Reklam

• PHP proqramlaşdırma dili üzrə minimum 2-3 il iş təcrübəsi (OOP, MVC prinsiplərini və Clean Code standartlarını bilmək);

• Müasir PHP framework-ləri (Laravel, Symfony və s.) və ya CMS platformaları ilə təcrübə (Drupal bilikləri böyük üstünlükdür);

• Relasiyalı verilənlər bazaları (MySQL, PostgreSQL, Oracle) ilə işləmək bacarığı;

• Baza səviyyədə HTML5, CSS3, JavaScript bilikləri və Git (Version Control) ilə işləmək təcrübəsi;

• Linux əməliyyat sistemi üzrə təməl anlayış;

• Yeni texnologiyaları və fərqli platformaların arxitekturasını sürətlə qavrama bacarığı.

 

 Müraciət etmək üçün

Namizədlər CV-lərini mövzu hissəsində “Web Developer - PHP/Backend” qeyd etməklə [email protected] elektron poçt ünvanına təqdim edə bilərlər.

 

Qeyd: Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.