EDEX Xaricdə Təhsil Mərkəzi xanımlar üçün  “ Sosial Media Meneceri” Maaşlı təcrübə proqramı elan edir !

 

 Xaricdə təhsil sahəsində fəaliyyət göstərən komandamıza kreativ və məsuliyyətli Sosial Media Meneceri axtarırıq!

 

 Vəzifə öhdəlikləri:

Sosial media platformalarında (Instagram, TikTok, Facebook və s.) kontent planının hazırlanması və idarə olunması

Xaricdə təhsil ilə bağlı maarifləndirici və satış yönümlü paylaşımların hazırlanması

Auditoriya ilə aktiv ünsiyyət və mesajların cavablandırılması

Analitika və hesabatların hazırlanması

 

 Namizədə tələblər:

Yalnız xanım namizədlər müraciət edə bilərlər.

Sosial media idarəçiliyi üzrə təcrübəsi olanlar 

Kreativ düşüncə və kontent ideyaları yaratmaq bacarığı

Azərbaycan dili sərbəst, ingilis dili biliyi üstünlükdür

Dizayn alətləri (Canva və s.) ilə işləmək bacarığı üstünlükdür

Xaricdə təhsil sahəsinə maraq və ya təcrübə üstünlükdür

 

Təklif edirik:

Namizəd Edex Xaricdə Təhsil Mərkəzində keçirilən yerli və beynəlxalq layihələrin təşkilatçılığında təcrübə qazanacaq. Seçiləcək namizəd keçirilən təlim, kamp, konsert kimi layihələrdə iştirak edəcək, sertifikatlarla təltif olunacaq. Namizəd  2 ayı uğurla başa vursa, daimi işlə təmin olunacaq.

 

 Müraciət:

Müraciət etmək istəyənlər mövzu hissəsinə “SMM Internship” yazaraq CV-lərini [email protected]   ünvanına göndərə bilərlər. Qeyd: “Niyə bu təcrübə proqramında iştirak etmək istəyirsiniz?” sualına qısa mail şəklində cavab göndərən namizədlərin CV-lərinə baxılacaq.

 İş yeri: Bakı Babək Plaza

 İş rejimi: Tam ştat / Hibrid (razılaşma ilə)

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.