EDEX Xaricdə Təhsil Mərkəzi xanımlar üçün  "Xaricdə Təhsil Meneceri” Maaşlı təcrübə proqramı elan edir.

Qeyd : Tələbələr üçün nəzərdə tutulmayıb,  Tələbə statusu olmayanlar müraciət edə bilər.

 

 

 Vəzifə öhdəlikləri:

Xaricdə təhsil proqramları üzrə tələbələrə məsləhət vermək

Universitet və dil kursları üzrə uyğun seçimlər təqdim etmək

Sənədlərin hazırlanması və müraciət prosesinin idarə olunması

Viza müraciətləri və müsahibə prosesində dəstək göstərmək

Müştəri bazasının genişləndirilməsi və yeni müraciətlərin cəlb edilməsi

Sosial şəbəkələr və digər platformalarda xidmətlərin tanıdılması

 

 Namizədə tələblər:

Ali təhsil (xaricdə təhsil sahəsində təcrübə üstünlükdür)

Azərbaycan dili – mükəmməl, İngilis dili və Türk dili biliyi üstünlükdür

Ünsiyyət və satış bacarıqları yüksək olmalıdır

Məsuliyyətli, operativ və nəticəyönümlü olmaq

MS Office proqramlarında işləmə bacarığı

 

 Təklif edirik:

Namizəd Edex Xaricdə Təhsil Mərkəzində keçirilən yerli və beynəlxalq layihələrin təşkilatçılığında təcrübə qazanacaq. Seçiləcək namizəd keçirilən təlim, kamp, konsert kimi layihələrdə iştirak edəcək, sertifikatlarla təltif olunacaq. Namizəd  2 ayı uğurla başa vursa, daimi işlə təmin olunacaq.

 

 Müraciət:

Müraciət etmək istəyənlər mövzu hissəsinə “Xaricdə Təhsil Meneceri Internship” yazaraq CV-lərini [email protected]   ünvanına göndərə bilərlər. Qeyd: “Niyə bu təcrübə proqramında iştirak etmək istəyirsiniz?” sualına qısa mail şəklində cavab göndərən namizədlərin CV-lərinə baxılacaq.

 

 İş yeri: Bakı Babək Plaza

 İş rejimi: Tam ştat

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.