Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İlkin səhiyyə xidməti departamentinin Xidmətlərin təkmilləşdirilməsi şöbəsinə aparıcı məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir.

İş yeri: 

Bakı şəhəri, N.Nərimanov 206A, "Capital Towers" Biznes Mərkəzi

Əməkhaqqı:

Rəqabətədavamlı əməkhaqqı

 Tələb olunan bilik, təcrübə və bacarıqlar:

·      Ali təhsil (tibb, ictimai səhiyyə, səhiyyə menecmenti və s.)

·      Sahə üzrə 3 il iş təcrübəsi

·      Tibbi xidmətin təşkilinin əsasları

·      İctimai səhiyyənin əsasları

·      MS Office (word, excel, power point, visio) proqramlarında işləmək bacarığı - yaxşı səviyyədə

·      Dil bilikləri: İngilis dili - yaxşı səviyyədə

·      İctimai səhiyyə, layihələrin idarəolunması və data analitikası üzrə sertifikatların olması arzuolunandır

 Bacarıqlara dair tələblər: 

·      Komanda işi;

·      Nəticəyönümlülük;

·      Məsuliyyətlilik;

·      Analitik düşüncə;

 İşin təsviri

·      İlkin səhiyyə xidmətlərinin təşkili üzrə proseslərin təhlili

·      Tibbi xidmətlərin təkmilləşdirilməsi istiqamətində yeni layihə və təkliflərin hazırlanması

·      İlkin səhiyyə xidmətləri üzrə normativ hüquqi bazanın araşdırılması və tətbiqi

·      İlkin səhiyyə xidmətlərində dəyişikliklərin təsirinin qiymətləndirilməsi və təkliflərin formalaşdırılması

·      Aylıq və illik hesabatların hazırlanması

 Əlavə qeydlər:

• İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi

• İş vaxtı seçim əsasında: 08:00 – 17:00; 09:00 – 18:00; 10:00-19:00

 

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:

·       CV [email protected] ünvanına göndərilməlidir

·       Mövzu sətrində “Xidmətlərin təkmilləşdirilməsi şöbəsi – aparıcı məsləhətçi” qeyd olunmalıdır

·       CV-lər 30 dekabr, 2025-ci il tarixinə qədər göndərilməlidir

 

Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.