ADRA insan resursları sahəsində Təcrübə Proqramını elan edir!

 

Karyeranıza insan resursları sahəsində uğurlu başlanğıc etmək və dövlət qurumunda real iş təcrübəsi qazanmaq istəyirsinizsə, sizi Dövlət Reklam Agentliyinin İnsan Resursları üzrə 3 aylıq Təcrübə Proqramına qoşulmağa dəvət edirik.

Bu proqram iştirakçılara insan resurslarının idarə edilməsi istiqamətində nəzəri biliklərini praktik bacarıqlarla möhkəmləndirmək, peşəkar mühitdə çalışmaq və təcrübəli mütəxəssislərlə birlikdə real iş proseslərində iştirak etmək imkanı yaradacaq.

Təcrübə Proqramında iştirak etmək istəyən namizədlər aşağıdakı meyarlara cavab verməlidirlər:

        Azərbaycan Respublikasının vətəndaşı olmalıdır;

        Ali təhsilli olmalıdır;

        İnsan resursları sahəsində qüvvədə olan qanunvericiliklə bağlı biliklərə malik olmalıdır.

Təcrübə müddətində nə qazanacaqsınız?

        Dövlət qurumunda praktiki iş təcrübəsi;

Reklam

        İnsan resurslarının əsas istiqamətləri üzrə bilik və bacarıqların inkişafı;

        Peşəkar komandada çalışma imkanı;

        Real İR proseslərində iştirak;

        Gələcək karyera inkişafı üçün təcrübə.

Təcrübə Proqramında iştirak etmək istəyən namizədlər 16 iyul tarixindən linkə daxil olaraq elektron müraciət formasını doldurmalıdırlar. 

Müraciət üçün son tarix 31 iyul 2026-cı il tarixidir.

Daxil olmuş müraciətlər qiymətləndiriləcək və tələblərə uyğun hesab edilən namizədlər müsahibə mərhələsində iştirak etmək üçün Agentliyə dəvət olunacaqlar.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.