Riyaziyyat Müəllimi Vakansiyası (SAT & Cambridge Mathematics)

Vəzifə: Riyaziyyat Müəllimi (SAT & Cambridge Mathematics)

İş yeri: Ingla School

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, Grand Hayat yaşayış kompleksi və Zahid Xəlilov küçəsi 135D

Əmək haqqı: razılaşma yolu ilə (təcrübə və dərs yükünə əsasən)

İş növü: Tam iş günü

Reklam

Tələblər:

  • Ali təhsil (Riyaziyyat, Riyaziyyat müəllimliyi, Tətbiqi riyaziyyat və ya əlaqəli ixtisas üzrə bakalavr və ya magistr dərəcəsi).
  • Riyaziyyat müəllimi kimi minimum 2 il iş təcrübəsi.
  • Cambridge Mathematics proqramı (Primary, Lower Secondary, IGCSE, AS & A Level) üzrə tədris təcrübəsi.
  • SAT Math proqramı üzrə hazırlıq keçmək bacarığı və təcrübəsi.
  • İngilis dilini minimum B2, üstünlük olaraq C1 səviyyəsində bilmək.
  • Azərbaycan və rus dillərindən ən azı birini yaxşı səviyyədə bilmək.
  • Müasir tədris metodlarından istifadə etmək və şagirdyönümlü dərslər təşkil etmək bacarığı.
  • Fərdi və qrup şəklində dərslərin effektiv təşkili bacarığı.
  • Beynəlxalq sertifikatlara və ya Cambridge proqramı üzrə təlimlərdə iştirak etmiş namizədlərə üstünlük veriləcək.
  • Məsuliyyətli, punktual, təşəbbüskar və komanda ilə işləmə bacarığı.

Vəzifə öhdəlikləri:

  • SAT Math və Cambridge Mathematics proqramları üzrə dərslərin planlaşdırılması və tədrisi.
  • Şagirdlərin bilik səviyyəsinin qiymətləndirilməsi və inkişafının izlənilməsi.
  • Müasir və effektiv tədris materiallarının hazırlanması və yenilənməsi.
  • Mock imtahanların təşkili, nəticələrin təhlili və inkişaf planlarının hazırlanması.
  • Şagirdləri SAT və Cambridge beynəlxalq imtahanlarına peşəkar şəkildə hazırlamaq.
  • Valideynlərə və rəhbərliyə şagirdlərin akademik inkişafı barədə müntəzəm hesabat təqdim etmək.

Biz təklif edirik:

  • Beynəlxalq təhsil mühitində işləmək imkanı.
  • Peşəkar inkişaf və təlimlərdə iştirak imkanları.
  • Rahat və müasir iş şəraiti.
  • Karyera yüksəlişi imkanları.
  • Motivasiyaedici əməkhaqqı və bonus sistemi.

CV-nizi [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Qeyd: Yalnız tələblərə uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.

Əlaqə: (010) 310-71-17

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.