Azərbaycan İdman Akademiyası Proqram koordinatoru vəzifəsinə vakansiya elan edir
Vəzifə öhdəlikləri:
• Təhsil proqramının, tədris planının və aidiyyəti fənn proqramlarının icrasına nəzarət;
• Dərs cədvəllərinin tədris planları və dərs yüklərinə uyğun tərtibinə nəzarət;
• Təhsil proqram üzrə professor-müəllim heyətinin seçiminin koordinasiyası;
• Təhsil proqramına qəbul üzrə müsahibə mərhələsinin təşkili;
• Təhsil proqramında nəzərdə tutulan müxtəlif növ təcrübələrin keçirilməsinin dəstəklənməsi;
• İkili diplom proqramına (mövcuddursa) qəbulun koordinasiyası;
• Təhsil proqramı üzrə akkreditasiya sənədlərinin hazırlanması;
• Təhsil proqramı üzrə tələbələrin inkişafını dəstəkləyəcək tədbirlərinin təşkili;
• Təhsil proqramının inkişafı və tanınması məqsədilə yerli və xarici universitetlərlə əməkdaşlığın inkişaf etdirilməsi;
• Təhsil proqramı üzrə əsas göstəricilərin və hesabatların hazırlanması.
Namizədə dair tələblər:
• Müvafiq sahə üzrə ali təhsil;
• Təhsil proqramı və ya təhsil sahəsində 1-2 il iş təcrübəsi;
• MS Office proqramlarında işləmək bacarığı;
• Azərbaycan dilində sərbəst danışıq və yazı qabiliyyəti;
• İngilis dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı (rus dili arzuolunandır);
• Analitik təhlil və hesabatlılıq bacarığı;
• Planlaşdırma və vaxtın idarə edilməsi bacarığı;
• Normativ sənədlərlə dəqiq və sistemli işləmək bacarığı;
• Rəqəmsal savadlılıq və təqdimat bacarığı;
• Komandada iş və işgüzar kommunikasiya bacarığı;
• Təbliğat, təşviqat, təşkilatçılıq bacarığı;
• Məsuliyyətlilik, nəticəyönümlülük və operativlik.
İş rejimi:
Bazar ertəsi-cümə, saat 09:00-18:00 (nahar fasiləsi 13:00-14:00)
Ünvan: Bakı şəhəri, F.X.Xoyski pr.98
Müraciət qaydası:
Son müraciət tarixi: 06.09.2026
Maraqlanan namizədlər CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində vəzifənin adının qeyd olunması mütləqdir.
Yalnız tələblərə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunacaq.
QEYD: Seçim zamanı ali təhsildə təcrübəyə və ya xaricdə təhsilin olmasına üstünlük veriləcək