Azərbaycan İdman Akademiyasının Elmi-tədqiqat mərkəzi Tədqiqat işləri üzrə koordinator vəzifəsinə vakansiya elan edir
Vəzifə öhdəlikləri:
- Akademiyada elmi-tədqiqat fəaliyyətinin koordinasiyası və monitorinqi;
- Kafedraların/departamentlərin və tədqiqatçıların elmi fəaliyyətinin əlaqələndirilməsi;
- Elmi məqalələrin hazırlanması və beynəlxalq elmi jurnallarda nəşrinə dəstək;
- Elmi layihə və qrant müraciətlərinin hazırlanmasının koordinasiyası;
- Magistrant, doktorant və gənc tədqiqatçıların elmi fəaliyyətinin dəstəklənməsi;
- Akademik dürüstlük, tədqiqat etikası və antiplagiat proseslərinin koordinasiyası;
- Elmi konfrans, seminar və digər tədqiqat tədbirlərinin təşkili;
- Yerli və beynəlxalq universitetlər və elmi-tədqiqat qurumları ilə əməkdaşlığın inkişaf etdirilməsi;
- Elmi fəaliyyət üzrə əsas göstəricilərin və hesabatların hazırlanması.
Namizədə dair tələblər:
Müvafiq sahə üzrə ali təhsil;
Elmi-tədqiqat və ya təhsil sahəsində 1-3 il iş təcrübəsi;
Analitik düşüncə və tədqiqat aparmaq bacarığı;
Akademik yazı və elmi mənbələrlə işləmək bacarığı;
MS Office proqramlarında işləmək bacarığı;
Azərbaycan dilində sərbəst danışıq və yazı qabiliyyəti;
İngilis dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı (rus dili arzuolunandır);
Komandada iş və işgüzar kommunikasiya bacarığı;
Koordinasiya, təqdimat və təşkilatçılıq bacarığı;
Nəticəyönümlülük və məsuliyyət.
İş rejimi:
Bazar ertəsi-cümə, saat 09:00-18:00 (nahar fasiləsi 13:00-14:00)
Ünvan: Bakı şəhəri, F.X.Xoyski pr.98
Müraciət qaydası:
Son müraciət tarixi: 06.09.2026
Maraqlanan namizədlər CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində vəzifənin adının qeyd olunması mütləqdir.
Yalnız tələblərə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunacaq.
QEYD: Seçim zamanı elmi dərəcəyə/elmi ada, tədqiqat təcrübəsinə və ya xaricdə təhsilin olmasına üstünlük veriləcək.