Bakı Ali Neft Məktəbinin Beynəlxalq Əlaqələr şöbəsi komandasını genişləndirir. "Beynəlxalq əlaqələr üzrə mütəxəssis" vəzifəsi üzrə müraciətlər qəbul olunur. Ali təhsil müəssisəsində müvafiq iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək.

 

Tələblər:

 -Ali təhsil;

 -Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;

 -Azərbaycan dili (əla)

 -İngilis dili (əla)

 -Rus dili (arzuolunandır)

 

Əsas vəzifə öhdəlikləri:

- Mövcud proqramlar və əməkdaşlıq müqavilələri çərçivəsində BANM-ə əcnəbi vətəndaşların təhsil almaq üçün cəlb edilməsi və onların universitetdə təhsil prosesinin təşkili ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi;

- Beynəlxalq təhsil mübadilə proqramlarının koordinasiya edilməsi;

Reklam

- Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin səfirlikləri, eləcə də Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlikləri ilə işin təşkili və koordinasiyası;

- Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Elm və Təhsil Nazirliyi, Xarici İşlər Nazirliyi və digər aidiyyəti dövlət qurumları ilə mövcud qaydalara uyğun işlərin həyata keçirilməsi;

- Xarici və yerli tərəfdaşlarla rəsmi yazışmaların aparılması və əməkdaşlıq fəaliyyətlərinin koordinasiya edilməsi;

- Zərurət yarandıqda BANM rəhbərliyini və nümayəndələrini yerli və beynəlxalq tədbirlərdə müşayiət etmək və şifahi ünsiyyəti dəstəkləmək;

- Rəsmi görüş və tədbirlər zamanı xarici tərəfdaşlarla şifahi ünsiyyətin və tərcümənin təmin edilməsi.

 

Tələblərə uyğun namizədlər CV-lərini Azərbaycan və ingilis dillərində, e-mailin mövzu hissəsində "Beynəlxalq əlaqələr üzrə mütəxəssis" qeyd etməklə [email protected] ünvanına göndərə bilərlər.

 

Son müraciət tarixi: 21 iyul 2026-cı il

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.