Media Balans şirkətinə Junior Creative Copywriter axtarırıq

 

Şirkətimizin kreativ komandasına  yaradıcı düşüncəyə sahib və bu sahədə inkişaf etmək istəyən Junior Creative Copywriter axtarırıq.

 

Vəzifə öhdəlikləri:

• Müxtəlif platformalar üçün yaradıcı mətnlərin hazırlanması;

• Mövcud mətnlərin redaktə edilməsi və brend tonuna uyğunlaşdırılması;

• Reklam kampaniyaları üçün başlıq, sloqan, key visual mətnləri və digər kreativ kommunikasiya materiallarının hazırlanmasında iştirak;

• Brend strategiyalarına və kommunikasiya istiqamətlərinə uyğun kreativ ideyaların hazırlanmasına dəstək;

• Kreativ komanda ilə sıx əməkdaşlıq edərək layihələrin hazırlanmasında iştirak;

• Trendlərin izlənilməsi və ideyalaşdırma prosesində tətbiq edilməsi.

 

Namizədə tələblər:

• Marketinq, Jurnalistika, Filologiya, PR, Kommunikasiya və ya əlaqədar sahələr üzrə ali təhsil;

Reklam

• Azərbaycan dilində yüksək səviyyədə yazı və redaktə bacarığı (İngilis dili və Rus dili üstünlükdür)

• Kreativ düşünmək, ideyaları qısa, təsirli və məqsədyönlü formada ifadə etmək bacarığı;

• Yeniliklərə, öyrənməyə və peşəkar inkişafa açıq olmaq;

• Komanda ilə işləmək və verilən tapşırıqlara məsuliyyətlə yanaşmaq bacarığı.

 

 Nahar şirkət tərəfindən təmin olunur;

 Servis xidməti mövcuddur;

 

Maraqlanan namizədlər CV və portfoliolarını [email protected] ünvanına göndərə bilərlər.

Mövzu hissəsində “Junior Creative Copywriter” qeyd etməyiniz xahiş olunur.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.