Data analitika fənninin tədrisi üçün müəllim vakansiyası elan edilir

 

Azərbaycan Texniki Universiteti (AzTU) 2026-2027-ci tədris ili üzrə Rəqəmsal iqtisadiyyat və maliyyə texnologiyaları kafedrasına data analitika fənninin tədrisi üçün müəllim vakansiyası elan edir.

 

Tələblər:

·Müvafiq ixtisas üzrə ali təhsil (Magistr təhsili);

·Müvafiq sahə üzrə elmi dərəcə və elmi ad üstünlükdür;

·Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;

·Dil bilikləri: İngilis dilində sərbəst şəkildə ünsiyyət qurmaq, oxumaq və yazmaq bacarığı (rus dili və ya əlavə dil biliyi üstünlük olaraq qəbul ediləcək);

·MS Office, MS Access, MS Project proqramları üzrə biliklər;

·Excel, SQL, Python və ya R proqramlaşdırma dilləri üzrə praktiki biliklər;

·Power BI, Tableau kimi vizuallaşdırma alətləri ilə tanışlıq;

·Azərbaycan Respublikasının “Təhsil haqqında” və “Elm haqqında” qanunları; Boloniya prosesi haqqında biliklər.

·Ali məktəb pedaqogikası, müasir təlim metodları və innovativ tədris texnologiyaları üzrə biliklər;

·İxtisasa uyğun İT proqramlarından, data analitika alətlərindən və müasir tədris platformalarından (LMS, MS Teams və s.) sərbəst istifadə bacarığı;

·Tədris planlarının və işçi proqramların hazırlanması və həyata keçirilməsi təcrübəsi;

·Elmi-tədqiqat, layihə və innovasiya fəaliyyətlərinin təşkili bacarığı;

·Tələbələrlə motivasiyaedici iş aparmaq, onların fərdi və peşəkar inkişafını dəstəkləmək imkanları.

 

Maraqlanan şəxslərdən mövzu hissəsində vəzifənin adını qeyd etməklə CV-lərini [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.

 

Müraciət üçün son tarix: 11.09.2026

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.