Vakansiya: DevOps Engineer
İş şəraiti:
⁃ İş qrafiki: 5 günlük iş həftəsi
İş saatı: 08:00 - 17:00-dək
Texniki Tələblər:
CI/CD & Automation: GitHub Actions, GitLab CI və ya Jenkins vasitəsilə avtomatlaşdırılmış deploy boru kəmərlərinin (Pipeline) qurulması və idarə olunması.
Containerization & Orchestration: Docker və Kubernetes (və ya Docker Swarm) mühitlərində konteynerləşdirmə, mikroservislərin orkestrasiyası və resursların idarə edilməsi.
Infrastructure as Code (IaC): Terraform və ya Ansible istifadə edərək infrastrukturun kod şəklində avtomatlaşdırılması və konfiqurasiyası.
Web Servers & Networking: Nginx, Reverse Proxy, SSL/TLS sertifikatlarının idarə olunması, DNS və şəbəkə təhlükəsizliyi prinsipləri haqqında dərin biliklər.
Monitoring & Observability: Prometheus, Grafana, ELK stack (Elasticsearch, Logstash, Kibana) və ya Vector vasitəsilə sistemlərin vizuallaşdırılması və loglanması.
Infrastructure Services: PostgreSQL, Redis, Apache Kafka və ya RabbitMQ kimi sistemlərin server səviyyəsində quraşdırılması, dəstəklənməsi və optimallaşdırılması.
Scripting: Linux mühitində sərbəst işləmək, Bash və ya Python skriptləri vasitəsilə rutin tapşırıqların avtomatlaşdırılması.
Əsas Öhdəliklər:
Yüksək yüklənməyə davamlı server və bulud infrastrukturunun qurulması, dəstəklənməsi və idarə olunması.
CI/CD proseslərinin sıfırdan qurulması və proqramlaşdırma komandası üçün deploy sürətinin optimallaşdırılması.
Sistemlərin 24/7 dayanıqlı çalışmasını, monitorinqini və insidentlərə operativ reaksiyanı təmin etmək.
İnfrastruktur səviyyəsində təhlükəsizlik qaydalarının (Firewall, Access Control, Backup) tətbiqi və avtomatik ehtiyat nüsxələnmənin (Backup) təşkili.
Maraqlanan namizədlər CV-lərini "DevOps Engineer" qeydi ilə [email protected] e-mail ünvanına göndərə bilərlər.