Araz Supermarket MMC-də “Əməkhaqqı üzrə Aparıcı Mühasib” vakansiyası üzrə işə qəbul elan edir!
Əsas öhdəliklər:
• Ay sonu əməkhaqqı hesablamalarının yoxlanılması və təsdiqi;
• Bonus, mükafat, məzuniyyət və xəstəlik ödənişlərinin yoxlanılması;
• Əməkhaqqı üzrə sənədlərin və hesabatların audit edilməsi;
• Uyğunsuzluqların müəyyən edilməsi və aradan qaldırılması üzrə təkliflərin hazırlanması;
• HR və Mühasibatlıq komandaları ilə koordinasiyalı fəaliyyət;
• Əmək qanunvericiliyində baş verən dəyişikliklərin izlənilməsi və tətbiqi.
Tələblər:
• Maliyyə, Mühasibatlıq və ya əlaqəli sahə üzrə ali təhsil;
• Əməkhaqqı hesablamaları və ya mühasibatlıq sahəsində minimum 2-3 il iş təcrübəsi;
• SAP üzrə praktiki biliklər – mütləqdir;
• Excel proqramında işləmə bacarığı;
• Güclü analitik düşüncə və analitik qabiliyyət;
• Detallara yüksək diqqət və məsuliyyətlilik;
• Yaxşı kommunikasiya və komanda ilə işləmə bacarığı.
Nahar ilə təmin edilmə
Əmək bazarına uyğun rəqabətli əmək haqqı
5 günlük iş qrafiki
Servis xidməti
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Əməkhaqqı üzrə Aparıcı Mühasib” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.