Vakansiya: Direktorun assistenti

 

“Artmood Agency” MMC direktorun (direktor xanımdır) gündəlik işlərinin təşkilində dəstək olacaq məsuliyyətli və diqqətli Direktor assistenti axtarır.

Əsas vəzifələr:

  • Direktorun iş qrafikinin təşkili və görüşlərin planlaşdırılması;
  • Telefon zənglərinin və elektron yazışmaların idarə olunması;
  • Sənədlərin hazırlanması, yoxlanılması və arxivləşdirilməsi;
  • Rəhbərin tapşırıqlarının vaxtında və düzgün icrasına nəzarət;
  • Görüşlərin, iclasların və digər təşkilati məsələlərin koordinasiyası;
  • Zəruri hallarda direktorun şəxsi və işgüzar tapşırıqlarının icrasında dəstək göstərmək;
  • Məlumatların məxfiliyinin qorunması.

Namizədə tələblər:

  • Ali təhsil arzuolunandır;
  • Direktor assistenti və ya oxşar vəzifədə iş təcrübəsi üstünlükdür;
  • Azərbaycan dilində səlis danışıq və yazı bacarığı;
  • Rus və ingilis dili biliyi üstünlükdür;
  • MS Office proqramlarında sərbəst işləmə bacarığı;
  • Yüksək ünsiyyət qabiliyyəti və məsuliyyətlilik;
  • Səliqəli görünüş, operativlik və təşkilatçılıq bacarığı.
  • Yaş 20-27

İş şəraiti:

Reklam
  • İş saatı: 09:30-18:30
  • İş qrafiki: həftə içi 5 gün
  • İstirahət günləri: şənbə və bazar 
  • Əməkhaqqı: Razılaşma yolu ilə 
  • Ünvan: Bakı şəhəri, C.Cabbarlı 60 (Caspian Plazanın yaxınlığı)

 

Uyğun namizədlər CV-lərini [email protected] e-mail ünvanına göndərə bilərlər.

 

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.