HR üzrə Təcrübə Proqramı
Tan Media MMC İnsan Resursları sahəsində karyera qurmaq istəyən gənclər üçün 3 aylıq ödənişsiz təcrübə proqramı elan edir!
Təcrübə müddətində görüləcək işlər:
• İşə qəbul prosesinin təşkili ( vakansiyaların hazırlanması, paylaşılması, CV-lərin ilkin dəyərləndirilməsi və namizədlərin seçimində dəstək göstərmək);
•Kadr sənədləşməsi və əmək müqavilələri ilə tanışlıq;
• ƏMAS, isb və digər sistemlərdə məlumatların işlənilməsinə kömək etmək;
• Ofisin gündəlik fəaliyyətinin təşkilinə və koordinasiyasına dəstək olmaq;
• Görüşlərin, iclasların və ofisdaxili təşkilati məsələlərin koordinasiyasına dəstək olmaq;
• Rəhbərliyin verdiyi tapşırıqların icrasında iştirak etmək.
Namizədə tələblər:
• HR sahəsində inkişaf etmək və öyrənmək istəyi;
• MS Office, xüsusilə Word və Excel bilikləri;
• Məsuliyyətli, diqqətli olmaq;
• Komandada işləmək və ünsiyyət qurmaq bacarığı;
• Öyrənməyə açıq olmaq.
İş şəraiti:
• Həftədə 5 iş günü;
• İş qrafiki: 10:00–18:00;
Biz nə təklif edirik?
• Real HR iş proseslərində praktiki təcrübə;
• Mentor dəstəyi və öyrənmək imkanı;
• Təcrübənin sonunda sertifikat;
• Uğurlu namizədə iş təklifi.
Ünvan: Cəlil Məmmədquluzadə 196 (İnqilab)
Müraciət üçün: CV-nizi “HR Təcrübəçi” qeyd etməklə [email protected] ünvanına göndərə bilərsiniz.