Türkiyə-Azərbaycan Universitetində hüquqşünas vəzifəsinə vakansiya elan edilir
Türkiyə-Azərbaycan Universitetində (TAU) qanunvericilik məsələlərinin tənzimlənməsi üçün hüquqşünas vəzifəsinə vakansiya elan edilir.
Tələblər:
Hüquq üzrə ali təhsil;
Hüquq sahəsində ən azı 5 il iş təcrübəsi;
Azərbaycan və Türkiyə Respublikalarının qanunvericiliklərini, xüsusilə əmək və təhsil qanunvericiliyini bilmək (Hər iki ölkənin hüquq sistemləri ilə bağlı praktiki təcrübənin olması arzuolunandır)
Azərbaycan, türk və ingilis dillərində yaxşı yazılı və şifahi ünsiyyət bacarığı;
Analitik düşünmə, hüquqi araşdırma və sənədlərlə işləmə bacarığı.
Öhdəliklər:
Universitetin fəaliyyətinə aid hüquqi məsələləri araşdırmaq və hüquqi rəy hazırlamaq;
Əmək, təhsil, inzibati, müqavilə və digər hüquqi məsələlər üzrə hüquqi məsləhət vermək;
Müqavilələrin, əmrlərin, məktubların və digər sənədlərin hüquqi ekspertizasını aparmaq;
Normativ-hüquqi aktların universitetin fəaliyyətinə təsirini izləmək və rəhbərliyə məlumat vermək;
Hüquqi yazışmaları və aidiyyəti sənədlərin hazırlanmasını təmin etmək;
Universitetin hüquqi maraqlarının qorunmasına dəstək vermək.
Müraciət qaydası:
Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə, öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.
Müraciət üçün son tarix: 15.09.2026