Yoxlama-ölçmə materiallarının işlənməsi departamenti 

Magistratura, PMS və ali təhsil üzrə digər imtahanlar sektorunda 

Baş məsləhətçi vəzifəsi üzrə vakansiya (müddətli)

 

 Əmək funksiyaları:

        Sektorun fəaliyyət istiqamətinə aid edilən imtahanlar üzrə qanunvericilik və digər əlaqəli imtahan fənlərinin qəbul proqramlarını hazırlamaq və ehtiyac yarandıqda onlarda zəruri düzəlişlər aparmaq; 

        Müvafiq imtahanların qanunvericilik üzrə test bankındakı yoxlama-ölçmə materiallarının işlənib-hazırlanmasına ekspertlər cəlb etmək, onlara müvafiq təlimatlar vermək (treninqlər keçmək); 

        Mövcud olan test tapşırıqları bankının (istiqamətlər üzrə) mütəmadi olaraq təftişini təşkil etmək;

        İxtisas və peşəkarlıq səviyyəsinə uyğun test tapşırıqlarının hazırlanmasında, test tapşırıqları bankının təftişində şəxsən iştirak etmək; 

        Müvafiq imtahanlarda sual kitabçalarına daxil olan test tapşırıqlarının qapalı şəraitdə yoxlanılması və ekspertizasında iştirak etmək (və ya müvafiq istiqamət üzrə yekun ekspertizanı kurasiya etmək)

        Yoxlama-ölçmə materiallarının işlənib-hazırlanmasına cəlb olunmuş ekspertlərin işinin keyfiyyətinə nəzarət etmək;

        Yoxlama-ölçmə materiallarının ekspertizası prosesinin yekunu baradə sənədləşməni aparmaq (müvafiq akt və protokolları tərtib edib, aidiyyəti üzrə təqdim etmək);

        İmtahan verəcək şəxslərə elmi-metodik kömək məqsədilə metodik vəsaitlərin və topluların hazırlanmasında iştirak etmək; 

        Səlahiyyətləri daxilində sektora daxil olan müraciətləri araşdırmaq və cavablandırmaq;

        Rəhbərlik, departament müdiri və sektor müdiri tərəfindən verilmiş digər tapşırıqları icra etmək.

 

 Tələb olunan bilik və bacarıqlar:

        Hüquqşünaslıq ixtisası üzrə ali təhsil;

        Staj tələbi: minimum 2 il;

        Test metodologiyasına dair biliklər;

        Azərbaycan dilini yüksək, ingilis və rus dillərini orta səviyyədə bilmək;

        MS Windows və MS Office proqramlarında, eləcə də internet resursları ilə sərbəst işləmək bacarığı;

        Analitik düşünmə bacarığı, diqqətlilik, metodoloji düşüncə, məlumatların məxfiliyinin qorunması, ekspertlərlə işləmə bacarığı, məsuliyyətlilik və intizamlılıq

 

 Müraciət qaydası:

Namizədlər 6 sentyabr 2026-cı il tarixinədək linkinə daxil olaraq “imtahanlar sektoru-baş məsləhətçi” vakansiyasını seçib elektron müraciət formasını doldurmalı və göndərməlidirlər. Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.