MƏKTƏBƏQƏDƏR TƏHSİL MÜƏSSİSƏLƏRİNƏ MUSİQİ RƏHBƏRİ VƏZİFƏSİNƏ İŞƏ QƏBUL ÜZRƏ MÜSABİQƏ ELAN OLUNUR
Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində musiqi rəhbəri vəzifəsi üzrə işə qəbul məqsədilə müsabiqəyə start verilir.
Müsabiqədə iştirak üçün əsas tələb:
Musiqi ixtisası üzrə ali və ya orta ixtisas təhsilinin olması.
Namizədlərin nəzərinə!
Müsahibəyə dəvət olunan namizəd şəxsiyyət vəsiqəsini və diplomunu təqdim etməlidir.
Namizədin diplomunda göstərilən ixtisasın müraciət etdiyi vəzifəyə uyğunluğu yoxlanılacaq. Təqdim olunan sənədlərdə və ya ixtisas uyğunluğunda hər hansı uyğunsuzluq aşkar edildiyi halda namizədlə müsahibə keçirilməyəcək.
Müsabiqənin keçirilmə qaydası
Müsabiqə yalnız müsahibə mərhələsindən ibarət olacaq.
Müsahibə zamanı namizədlərin:
▪️şəxsi keyfiyyətləri;
▪️psixoloji hazırlığı;
▪️vəzifəyə dair nəzəri bilikləri;
▪️praktiki bacarıqları
komissiya tərəfindən qiymətləndiriləcək.
Həmçinin müsahibə zamanı namizədin musiqi alətində ifa etmək bacarığı da yoxlanılacaq.
Müsahibədən uğurla keçən namizədlər müvafiq vakant yerlər üzrə yerləşdiriləcəklər. Yerləşdirmə müsahibə nəticəsində toplanılmış balların ardıcıllığı nəzərə alınmaqla həyata keçiriləcək.
Eyni vakant yer üzrə bir neçə namizədin uğur qazanması halında aşağıdakı namizədlərə üstünlük veriləcək:
1️ Şəhid ailəsi üzvlərinə;
2️ Özü və ya həyat yoldaşı Vətən müharibəsi iştirakçısı olanlara;
3️ Təhsil pilləsi (səviyyəsi) daha yüksək olanlara;
4️ Pedaqoji stajı daha çox olanlara.
Qeydiyyat müddəti:
26 avqust 2026-cı il, saat 10:00-dan
5 sentyabr 2026-cı il, saat 18:00-dək
Qeydiyyat üçün: LİNK
Vakant yerlərin siyahısı ilə tanış olmaq üçün: SİYAHI