Pərakəndə kreditlər üzrə mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis” ( Bakı, Gəncə,Qəbələ filialı)

 

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Ünvan: Bakı şəhəri.

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: 

Ali təhsil;

Bank sektorunda müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;

Azərbaycan dilində sərbəst danışıq bacarığı , rus dilini bilmək arzu olunandır;

Analitik düşüncə, ünsiyyət və komandada işləmək bacarığı;

MS Office proqramlarında yüksək səviyyədə işləmək bacarığı.

 

İŞİN TƏSVİRİ:

Bankın siyasəti çərçivəsində qeyd olunmuş kriteriyalara uyğun potensial müştərilərin müəyyənləşdirilməsi;

Müəyyənləşdirilən müştərilərin banka qazandırılmasına yönəlmiş fəaliyyətlərin göstərilməsi;

Pərakəndə kredit mütaciətləri üzrə tələb edilən sənədlərin toplanması, təhlil edilməsi və Kredit Komissiyasına çıxarılmasını təmin etmək;

Reklam

Təsdiq edilmiş kreditlərin verilməsi üzrə zəruri sənədləşməni rəsmiləşdirmək;

Müştəri portfelinin mənfəətlilik, effektivlilik və müştəri haqqında məlumatların məxfiliyi əsasında uyğun idarəedilməsi;

Fəaliyyəti zamanı bank və kommersiya sirrinin qorunmasını təmin edir;

Müştəri şikayətlərinin həll edilməsi və minimum həddə çatdırılması üçün lazımi tədbirlərin alınması, kifayət etməsə problemin həlli üçün ən qısa zamanda satış rəhbərliyi ilə əlaqə saxlanılması;

Çarpaz satış imkanlarının araşdırılması, filial içində digər satış və əməliyyat qrupu ilə birlikdə çarpaz satışlar istiqamətində koordinasiyalı olaraq fəaliyyət göstərilməsi;

Bank sənədlərini Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin tələblərinə uyğun qaydada tərtib etmək, qorumaq və rəsmiləşdirmək;

Öz vəzifələrinə aid olan məsələlər üzrə müxtəlif hesabatlar hazırlamaq;

Rəhbərliyin verdiyi digər tapşırıqları icra etmək.

 

 

 Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Pərakəndə kreditlər üzrə mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis” ( Bakı, Gəncə, Qəbələ filialı) qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.